Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") 2019-cu ili 1,881 milyon manat mənfəətlə başa vurub.
Fins.az xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 48,9% və yaxud təxminən 2 dəfə azdır. Ötən il "Azərsığorta"nın gəlirləri 54,371 milyon manat (illik müqayisədə 3,5% çox), xərcləri isə 52,49 milyon manat (7,4% çox) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib. Bu il yanvarın 1-nə “Azərsığorta”nın aktivləri 35,755 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 31,7% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 49,6% artaraq 18,076 milyon manata, balans kapitalı isə 17,4% artaraq 17,679 milyon manata çatıb.