SIĞORTA

01 Aprel

Azərbaycanın sığorta bazarı 44% böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 190,744 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,6% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 49,294 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 48,9% çoxdur.

2020-cu ilin yanvar-fevral aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 25,8 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-fevral aylarında bu göstərici 24,9 manat olub.