Həyat sığortası 31%, qeyri-həyat sığortası isə 47% artıb
Fins.az xəbər verir ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 40 milyon 715 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 31,1% çoxdur.
Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 150 milyon 29 min manat təşkil edib. Bu isə illik müqayisədə 47,4% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 72,9% artaraq 21 milyon 282 min manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 34,6% artaraq 28 milyon 12 min manata çatıb.
Beləliklə, 2020-ci ilin yanvar-fevral aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,3 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 18,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2019-cu ilin yanvar-fevral aylarında müvafiq olaraq 39,6 manat və 20,45 manat olub.