SIĞORTA

01 Aprel

Könüllü sığorta 19%, icbari sığorta isə 2,3 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 123 milyon 466 min manat sığorta haqqı toplanılıb.

Fins.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8% çoxdur.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 2,3 dəfə artaraq 67 milyon 278 min manat olub. Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 34 milyon 198 min manat təşkil edib ki, bu da illik müqayisədə 60,3% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 28,2% artaraq 15 milyon 95 min manata çatıb. Beləliklə, 2020-ci ilin yanvar-fevral aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 27,7 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ilin yanvar-fevral aylarında 20,5 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 40,8 manatdan 22,4 manata düşüb.