SIĞORTA

29 Mart

İlkin İbrahimov: Həmin sığorta şirkətlərinin adını bir-bir qeyd edəcəyəm

“Son bir neçə gündə Ölkə başçısının çağırışı ilə fonda ianə pul ödənişi edən sığorta şirkətləri sosial və hüquqi vəzifələrinin bitdiyini başa düşməsinlər”.

Fins.az xəbər verir ki, bu sözləri sığorta üzrə ekspert İlkin İbrahimov deyib.

İ.İbrahimov qeyd edib ki, bəzi sığorta şirkətləri əməkdaşkarı vəziyyətdən istifadə edərək "biz fonda pul ödədik, toxunulmazıq" anlayışı ilə hərəkət edərək vətəndaşlara əsassız "imtina"ları çoxaldırlar:

“Belə hallar inzibati məsuliyyət yaradır. Əlavə olaraq yazılı əsassız "imtina" hər sığorta şirkətinə və onu tərtib edən sığorta işçisinə inzibati məsuliyyət yaradır. Bu ağır gündə vətəndaşa etdiyiniz qanunsuzluqlardan yayınmağınızı, “Onsuz da Məhkəmə işləmir” anlayışınızı kənara qoymağı arzu edirəm. Əgər belə hallar davam edərsə, həmin sığorta şirkətlərinin adını bir-bir qeyd edəcəyəm”. 

Tuncay Türbəndəzadə