“AtaSığorta” ASC Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə yardımı etdi
"AtaSığorta" ASC koronavirusla mübarizə tədbirləri çərçivəsində dəstək aksiyasına qoşulub. Şirkət Ölkə Başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 000 manat məbləğində vəsait köçürmüşdür.