SIĞORTA

23 Mart

"PAŞA Həyat"- dan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə

Ölkənin həyat sığortası bazarının lideri - "PAŞA Həyat"şirkəti korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100.000 manat vəsait ayırıb. 
Virusun  yayılmasının qarşısını almaq üçün ilk günlərdən şirkət daxilində ciddi tədbirlər görülüb. Eləcə də şirkətin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə bütün lazımi addımlar atılıb. 
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanı əsasında dünyanı bürüyən bu xəstəliyin ölkəmizdə yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.