Mərkəzi Bankın İdarə Heyəti “Sığortaçının tələb olunan kapitalının minimum məbləği”nin müəyyən edilməsi barədə” qərar verib.
Fins.az-ın məlumatına görə, qərar martın 18-dən qüvvəyə minib.
Qərara əsasən, sığortaçıların tələb olunan kapitalının minimum məbləği aşağıdakı kimi müəyyən edilib:
- Qeyri-həyat sığortası fəaliyyəti üzrə - 5 milyon manat;
- Həyat sığortası fəaliyyəti üzrə - 10 milyon manat;
- Müstəsna olaraq təkrarsığorta fəaliyyəti üzrə - 20 milyon manat;
- Sığortaçının təkrarsığorta fəaliyyəti üzrə - 5 milyon manat;
- Aqrar sığorta orqanının adından aqrar sığorta sisteminin idarə edilməsini həyata keçirən müştərək sığortaçı üçün – 1 milyon manat.