Bu gün bəzi insanların rəsmi iş yerləri olmadığına görə, onlar bir sıra məsələlərdə problemlər yaşayırlar.
Fins.az xəbər verir ki, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu gün 250 manat maaş alan şəxslər 62 manat 50 qəpik sığorta haqqı ödəyir.
“Məcburi ödənişlərlə minimum əmək haqqı arasında fərqi nəzərə almaq lazımdır. Təklif edirəm ki, buna görə “Sosial sığorta haqqında” qanuna dəyişiklik edilsin”, - deyə Vüqar Bayramov bildirib.
Vüqar Bayramov həmçinin məcburi köçkünlərlə bağlı məsələ qaldırıb. O söyləyib ki, məcburi köçkünlərə kompensasiya verilməsində problemlər mövcuddur.
Deputat onu da əlavə edib ki, gəlirlərin bəyan edilməsi haqqında qanun layihəsi hazırlanmalıdır.