SIĞORTA

18 Mart

Azərbaycanda sığorta şirkəti 4 milyon manatdan çox zərər edib

“AXA Mbask” Sığorta Şirkəti ASC 2019-cu ili 4,026 milyon manat zərərlə başa vurub. Halbuki maliyyə qurumu 2018-ci ildən 95 min manat xalis mənfəətlə çıxmışdı.

Fins.az xəbər verir ki, ötən il “AXA Mbask”ın gəlirləri 11,347 milyon manat (illik müqayisədə 51,8% az), xərcləri 15,373 milyon manat (34,4% az) təşkil edib. Bu il yanvarın 1-nə “AXA Mbask”ın aktivləri 18,232 milyon manat olub ki, bu da illik müqayisədə 49,2% azdır. Hesabat dövründə sığorta şirkətinin öhdəlikləri 89,6% azalaraq 1,348 milyon manata, balans kapitalı isə 26,3% azalaraq 16,884 milyon manata düşüb.