Fevral ayının 26-27-də keçirilən “Dubai World Insurance Congress”-də “Atəşgah Həyat” Sığorta Şirkətinin sədri Azər Əliyev və şirkətin sədr müavini Orxan Şirinli iştirak ediblər.
Fins.az xəbər verir ki, konqresdə yeni innovativ sığorta məhsullarının tətbiqi mexanizmləri, mövcud sığorta bazarının 2025-ci ilin tələblərinə cavab verilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Eyni zamanda, “Atəşgah Həyat” Sığorta Şirkəti olaraq 15-ə yaxın görüşlər keçirilib. Görüşlərdə əsas məqsəd yeni sığorta məhsullarının xarakteristikalarının öyrənilməsi, İPO işlərinin aparılması istiqamətində beynəlxalq reytinq agentliklərinin və digər maliyyə və investisiya institutlarının fikirlərinin öyrənilməsi idi.