SIĞORTA

28 Fevral

Azərbaycanda könüllü sığorta növləri üzrə 91,2 milyon manat sığorta haqqı yığılıb

Yanvarda sığorta şirkətləri tərəfindən könüllü sığorta növləri üzrə 91 milyon 235,3 min manat həcmində sığorta haqqı yığılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, ötən ay şirkətlər tərəfindən könüllü sığorta növləri üzrə 19 milyon 226 min manat məbləğində ödəniş həyata keçirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 78 faiz çoxdur.

Könüllü sığorta növü üzrə cəmi yığımların 16 milyon 244,1 min manatı və ödənişlərin 12 milyon 94,2 min manatı həyat sığortası üzrə həyata keçirilib.

Hesabat ayında könüllü və icbari bütün sığorta növləri üzrə şirkətlərin cəmi yığımları 111 milyon 550,2 min manat olub.