SIĞORTA

10 Fevral

"A-Qroup Sığorta" şirkəti irəliləyib - RENKİNQ

Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına görə, son bir illə müqayisədə “A-Qroup Sığorta Şirkəti”nın yığımları ilə ödənişləri artıb .

Fins.az xəbər verir ki, 2018-ci ildə “A-Qroup Sığorta Şirkəti” tərəfindən 13,170 milyon manat həcmində sığorta haqqı toplanmışdırsa, 2019-cu ildə bu rəqəm 1,955 milyon manat artaraq 15,125 milyon manat təşkil edib.

Qeyd edək ki, 2018-ci ildə A-Qroup Sığorta Şirkəti 8,064 milyon manat ödəniş edib 2019-cu ildə isə bu rəqəm 474 min manat artaraq 8,538 milyon manat təşkil edib.

Tuncay Türbəndəzadə