SIĞORTA

07 Fevral

Azərbaycanda daşınmaz əmlakın icbarı sığorta bazarı ötən il 43% artıb

2019-cu ildə Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətləri tərəfindən ümumilikdə 43,427 mln. manat həcmində sığorta haqqı yığılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2018-ci il ilə müqayisədə sözügedən sığorta növü üzrə yığımlarda 43% artım deməkdir.

İl ərzində ödənişlər 5,415 mln. manat ödəniş həyata keçirilib ki, bu da 2018-ci il ilə müqayisədə 35% çoxdur.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ötən il ərzində yığımlar 100,430 mln. manat, ödənişlər 67,236 mln. manat təşkil edib. Beləliklə, 2018-ci il ilə müqayisədə müvafiq olaraq yığımlarda 5,2%, ödənişlərdə 26% artım qeydə alınıb.

 Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 2019-cu il ərzində qeyri-həyat icbari sığorta növləri üzrə cəmi 176,460 mln. manat həcmində sığorta haqqı yığılıb. Yığımlarda illik 12,7% artıb. 2019-cu ildə sığorta ödənişləri də illik 20% artaraq 77,526 mln. manata yüksəlib.