SIĞORTA

31 Yanvar

"Günay Sığorta" şirkətinin səhmdarlarının yığıncağı keçiriləcək

“Günay Sığorta” şirkətinin səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək. 

Fins.az xəbər verir ki, səhmdarların ümumi yığıncağının mövzusu, ötən ilin yekunlarına görə mənfəətlərin dividend şəklində bölüşdürülməsi və hər birinin nominal dəyəri 1000 (bir min) manat olan 1000 (bir min) ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazların buraxılması müzakirə olunacaq. 

Növbədənkənar ümumi yığıncaq 03 mart 2020-ci il tarixində saat 11:00 - də baş tutacaq.