SIĞORTA

27 Yanvar

Sığorta bazarında YENİLİK OLACAQ

Azərbaycanda əhalinin sığortaya marağını artırmaq üçün xüsusi çarxlar hazırlanıb və mətbuatda, sosial şəbəkələrdə yayılıb.

Fins.az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş və Prezident İlham Əliyevin icbari sığortanın tətbiqi ilə bağlı qarşıya qoyduğu vəzifələrə həsr olunmuş müşavirədə məlumat verib. Bu baradə report yazıb. 

O, maarifləndirmə tədbirlərinin təhsil müəssisələrini də əhatə etməsinin vacibliyini bildirib və bu istiqamətdə tədbirlərin görüləcəyini deyib. Avtomobil, əmlak sığortasından da danışan R.Əhmədov innovativ sistemlərdən istifadənin də gündəmdə olduğunu vurğulayıb.