SIĞORTA

17 Yanvar

Sığortaçı Nicat Əlibəyli yeni vəzifəyə təyin edilib

Sığorta eksperti və jurnalist Nicat Əlibəyli yeni vəzifəyə təyin edilib.

Fins.az xəbər verir ki, N.Əlibəyli Azərbaycan Sənaye Sığorta Şirkətinin satış şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. O, bu barədə sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, N.Əlibəyli bu vaxta qədər "Ata Sığorta" ASC-nin Bakı Nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.