"Bu il əsas hədəflərdən biri kənd təsərrüfatı sahəsində aqrar sığortanın tətbiqidir"
Fins.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Naziri İnam Kərimov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə deyib.
"Bunun üçün də ən vacib tədbirlərdən biri olaraq fermerlərimiz arasında geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur".