Fins.az sığorta sektorunda 2019-cu ildə baş vermiş hadisələri xatırladır
Yanvar
2018-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 3 mln. 758,1 min manat olub
Avtomobilllərin icbari sığortası üzrə daxilolmalar 3% artıb
“Vialink sığorta brokeri" MMC ləğv olunub
Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədri Azər Əliyev təyin edib
Qazaxıstan İcbari tibbi sığortanı tətbiq etməyə hazırlaşıb
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir təyin olub
“AXA Mbask” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının (DŞ) sədri dəyişib. Eldar Qəribovu Şuranın üzvü Yavuz Ölken əvəz edib
“AzReTəkrarsığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Fuad Quliyev şirkətin Direktorlar Şurasının sədri təyin edib
Bu ilin yanvar ayında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 88,195 milyon manat məbləğində sığorta haqqı toplanıb
“PAŞA Holdinq” MMC-nin sığorta sektorundakı aktivləri bu il yanvarın 1-nə 529,448 milyon manat təşkil edib.
Fevral
“İpək Yolu Sığorta” ASC-nin Direktorlar Şurasının sədri Zaur Sənan oğlu Axundov vəzifəsindən azad edilib. Onu Teymur Namiq oğlu Məmmədov əvəz edib
Azərbaycanda əmanətlərin tam sığortalanması daha bir il uzadılıb
“Atəşgah Sığorta”ya yeni sədr müavini Orxan Rzayev təyin olunub
Mart
Çində ilk xarici sığorta holdinqi Allianz fəaliyyətə başlayıb
İcbari tibbi sığorta sistemi 2020-ci ildən etibarən Naxçıvanın bütün ərazisini əhatə edəcəyi ilə bağlı qərar verilib
“Xalq Həyat” Sığorta Şirkətinə lisenziya verilib
“PAŞA Həyat Sığorta”nın xalis mənfəəti 63% artıb
Fransanın "AXA" sığorta qrupu Azərbaycan bazarını tərk etdiyini rəsmən açıqlayıb
Aprel
“Xalq Həyat Sığorta”nın rəhbərliyi açıqlanıb. Şirkətin Direktorlar Şurasının (DŞ) sədri Xəzər Arif oğlu Bağırlı, üzvləri isə Ramiz Haqverdi oğlu İbrahimov və Ruslan Əsəd oğlu Seyidovdur. X.Bağırlı həm də “Xalq Bank” ASC-nin Müşahidə Şurasının üzvü, R.İbrahimov və R.Seyidov isə paralel olaraq “Xalq Sığorta” ASC-nin DŞ-nın üzvləri kimi fəaliyyət göstərilib
“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti və “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti məhdudlaşdırılıb.
“Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) Direktorlar Şurasının sədri Uğur İbrahim Selçuk oğlu Çağlar vəzifəsini tərk edib. Onu Doğan Niyazi oğlu Tandoğan əvəz edib.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri Toğrul Əliyev seçilib.
“Paşa Sığorta” ASC “Xaliq Faiqoğlu” MMC-ni məhkəməyə verib
Naxçıvanda könüllü sığorta ödənişləri 1,5% artıb
May
"Atasığorta" ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev vəzifəsini tərk edib
“AXA MBask” Sığorta Şirkətinin lisenziyasının qüvvəsi məhdudlaşdırılıb
“Xalq Həyat Sığorta” İcbari Sığorta Bürosunun reyestrinə daxil edilib
“Risk Sığorta Agentliyi” və “İnam Sığorta Agentliyi” MMC-ləri dövlət qeydiyyatına alıb.
Azərbaycanda onlayn sığorta platforması fəaliyyətə başlayıb
“AXA MBask” Sığorta Şirkəti ASC-nin İdarə Heyəti sədrinin I müavini Lana Gözəlova işdən çıxıb.
“Meqa Sığorta”nın Direktorlar Şurasının sədri Yaşar Qurbanov “Rabitəbank”dakı payını satıb
“Günay Bank” ASC-nin səhmlərinin 1,31%-nə nəzarət edən Ceyran Ələsgərova vəfat edib.
İyun
Avropa sığorta bazarı mənfiyə doğru gedib
Azərbaycanda avtomobil qəzası zamanı sığorta ödənişi üçün “Forma 4” sənədinin alınması avtomatlaşdırılıb
Bu ilin yanvar-may aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 319,272 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Bu ilin I rübünün yekununda Azərbaycanda sığorta sektorunun işçi heyətinin sayı 2 817 nəfər təşkil edib.
Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2019) çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Təhsil Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və İcbari Sığorta Bürosu (İSB) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
İyul
“İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” qanun təsdiqlənib
"Rəvan Sığorta"nın Direktorlar Şurasının sədri Emin Abbasov vəzifəsini tərk edib.
Elşən Əfəndiyevdir “A-Qrup Sığorta” ASC-nin Direktorlar Şurasına yeni üzv seçilib.
Bu ilin I yarısında Azərbaycanda yüklərin sığortası üzrə 1,742 milyon manat sığorta haqqı toplanılıb.
Bu ilin I yarısında Azərbaycanda səfər sığortası üzrə 1,934 milyon manat sığorta haqqı toplanılıb.
Bu ilin I yarısında Azərbaycanda 361 milyon manatdan çox sığorta haqqı toplanılıb
Bu ilin yeddi ayında Azərbaycanda 423 milyon manat sığorta haqqı toplanılıb
Avqust
Təkrarsığorta sənayesi dünya iqtisadiyyatını və təbii fəlakətlərdən qorumağa hazır olduğunu bildirib
2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılımasına qərar verilib
“Standard Insurance” Sığorta Şirkəti ASC nizamnamə kapitalını 1,6 milyon manat və yaxud 14,55% artıraraq 11 milyon manatdan 12,6 milyon manata çatdırıb
“Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) İdarə Heyətinin (İH) sədri Kamran Babayev vəzifəsini tərk edib.
“Meqa Sığorta” nizamnamə kapitalını 60%-ə yaxın artırıb
Azərbaycan sığortaçıları bu ilin 8 ayında 470 milyon manat sığorta haqqı toplayıb
Sentyabr
Almaniyanın hegemon sığorta şirkəti “Allianz” biznes təşəbbüsü olan xidmət yaradıb
Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi elektronlaşdırıb
Vergilər Nazirliyi “Meqa Həyat Sığorta” ASC-ni dövlət qeydiyyatına alıb.
Sığortaçılar Fransa və İtaliyadakı daşqınlara görə yüz milyonlarla avro itki hazırlaşdıqları məlum olub.
Azərbaycan sığortaçıları bu ilin 9 ayında 523 milyon manat sığorta haqqı toplayıb
Oktyabr
Türkiyənin sığorta bazarı 9 ayın nəticələrinə görə 22,5% artıb
“Star Sığorta Agentliyi” MMC ləğv olunduğunu elan edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yığılmış zərəri 70 milyon manatı keçib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri və xərcləri 128 235 400 manat məbləğində proqnozlaşdırılıb.
“Standard Insurance” Sığorta Şirkəti ASC nizamnamə kapitalını 1,6 milyon manat və yaxud 14,55% artıraraq 11 milyon manatdan 12,6 milyon manata çatdırıb.
ABŞ prezidenti Donald Tramp gələn aydan tibbi sığortası olmayan miqrantların ölkəyə girişini məhdudlaşdıran sərəncam imzalayıb.
Bu ilin 10 ayında Azərbaycanda 570 milyon manatdan çox sığorta haqqı toplanılıb
Noyabr
Azərbaycanda icbari tibbi sığorta üzrə sığorta haqları müəyyənləşib
Azərbaycanda aqrar sığorta mexanizminin yaradılmasına başlanılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev işsizlikdən sığorta haqqı almağın şərtlərini açıqlayıb
Hesablama Palatası İşsizlikdən Sığorta Fonduna haqq ödəyənlərin siyahısının genişləndirilməsini tövsiyyə edib
"Günay Sığorta"ya yeni sədri Aqşin Cahangirov təyin edilib
Dekabr
Nazirlər Kabineti “Aqrar Sığorta Fondu”nun Nizamnaməsini təstiqləyib
«Azsığorta»nın yeni sədri Natiq Namazov təyin olunub
5 özəl xəstəxanada icbari tibbi sığorta üzrə xidmətlərdən pulsuz istifadə olunacaq
Alman-Azərbaycan Xarici Ticarət Palatasının sədri Fərdi İsayev seçilib
Ordubadda icbari tibbi sığorta tətbiq edilib, işçilərin maaşları artırılıb
Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkəti sentyabr ayındakı hücumlardan sonra öz müəssisələrini müharibə və ya terror hücumlarından sığorta etdirmək qərarına gəlib
Azərbaycanda “İcbari sığortalar haqqında” qanun ləğv olundu
“Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda qəbul olundu
TƏBİB-in İdarə Heyətinə sədr Zaur Əliyev təyin olunub
“Azsığorta” ASC-nin İdarə Heyətinin (İH) keçmiş sədri Anar Talıbov bu ilin sentyabr ayında yaradılmış və hələ lisenziya almamış “Meqa Həyat Sığorta” ASC-nin İH-nin sədri təyin edilib.
Honkonqda 9 ayın nəticələrinə görə 55 milyard dollardan çox sığorta haqqı toplanıllb
Müəllif: Tuncay Türbəndəzadə