SIĞORTA

26 Dekabr

Aqrar sığorta məhsullarının satışı üçün şirkət yaradılacaq

"Gələn il aqrar sığorta ilə bağlı bir neçə əsas məqam olacaq”.

Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib. “Birinci məqam ondan ibarətdir ki, artıq fermerlərimiz üçün sığorta haqları 50% dövlət tərəfindən ödəniləcək. Eyni zamanda, sığorta risklərinin dövlət tərəfindən öz üzərinə götürülməsinə şərait yaradılacaq ki, sığorta şirkətləri bu sahədə daha aktiv çalışsınlar, fermerlər üçün əlçatan və müvafiq qiymətə olan sığorta məhsulları hazırlansın,” – M.Əliyev aydınlıq gətirib.

Agentliyin sədri digər məqam kimi aqrar sığortanın tətbiqi ilə bağlı gələn ildən özəl sığorta şirkətlərinin yaradacağı idarəedici şirkətin fəaliyyətə başlayacağını qeyd edib. Onun sözlərinə görə, sığorta hadisəsi baş verdikdə zərərin məbləğini həmin şirkət deyil, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi müvafiq imtahandan keçmiş və sığorta eksperti kimi qeydiyyata alınmış müstəqil qiymətləndiricilər müəyyən edəcək. Bunun üçün həm elektron sistem, həm də müvafiq qaydalar var. Son nəticədə fermerlərə ədalətli və qabaqcadan ehtimal edə biləcəkləri şərtlər daxilində sığorta ödənişi veriləcək. Fond həmin məhsulları təsdiqlədikdən sonra idarəedici şirkət onları satışa çıxaracaq.

Müəllif: Tuncay Türbəndəzadə