SIĞORTA

19 Dekabr

Qeyridövlət və qeyri-neft sektorunda çalışanlar icbari sığortahaqqı necə ödəniləcək?

Qeyridövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığortahaqqının ödənilməsi müəyyənləşdirilib.

Fins.az-ın məlumatına görə, bu isə o deməkdir ki, vətəndaş aylıq olaraq 8500 manat əməkhaqqı alırsa, 8000 manatın 2 faizi, qalan 500 manatın isə 0,5 faizi miqdarında icbari tibbi sığortahaqqı hesablanacaq.