“Space TV” ölkə televiziya məkanında məktəb mövzusunda təqdim olunan ilk dramatik serial layihəsi “Məktəb” ilə qarşınızdadır.
“Həyat məktəbinin dərsləri arasında tənəffüs yoxdur” – bu sözlər serialın baş qəhrəmanı Ümidin hekayəsini tam əks etdirir.
İstedadlı, əlaçı və güclü şahmatçı olan Ümid valideynlərini itirdikdən sonra həyatın ağır və çətin seçimləri qarşısında qalır. Küçə həyatı və kriminal təsirlər onu sınayarkən, məktəb, müəllimlər və dost çevrəsi onun həyatında ümid işığı olur və hər addımı, hər qərarı onun gələcəyini müəyyənləşdirir. Serial yalnız gənc izləyiciləri deyil, eyni zamanda orta yaş kateqoriyasını da özünə cəlb edir, məktəb və yeniyetmə həyatı gənclərin maraq dairəsinə uyğundur, ailə-məişət mövzuları orta yaş auditoriyasını, kriminal motivlər isə həm gəncləri, həm də izləyiciləri ekran qarşısına çəkir. Real həyat hadisələrinə söykənən dramaturji xətt, aktual sosial mesaj və çoxşaxəli mövzu müxtəlifliyi ilə serial həm sosial, həm ailə, həm də kriminal, dram elementlərini birləşdirir və geniş auditoriyaya xitab edir.
Bu serial Ümidin təkbaşına mübarizəsini, həyatın ağır və çətin seçimləri qarşısında qalmasını, onun iradəsi və qətiyyəti ilə yollarını seçməsini əks etdirir. Hər bir addımı, hər bir qərarı onun gələcəyini formalaşdırır və izləyici Ümidin daxili mübarizəsini, böyüməsini və üzləşdiyi çətinlikləri dərindən hiss edir. Eyni zamanda, serial yalnız fərdi hekayə ilə məhdudlaşmır- o, cəmiyyət üçün də önəmli mesajlar daşıyır. Təhsil, ailə və dostluq dəyərlərinin, sosial məsuliyyətin, düzgün seçimlərin önəmini göstərir, gənclərə və geniş auditoriyaya həyatın çətinliklərinə qarşı mübarizədə əzmlə irəliləməyin vacibliyini çatdırır. Hər epizod izləyicini düşündürür, həm emosional, həm də sosial baxımdan onları hekayəyə bağlayır və cəmiyyətin inkişafına, doğru dəyərlərin təbliğinə töhfə verir.
Layihə hər bazar ertəsi saat 22:00-da prime-time yayımlanacaq və yüksək izləyici potensialına malikdir. Brendinizin bu layihədə yayım sponsoru qismində çıxış etməsi yalnız sosial məsuliyyət imicini gücləndirməklə qalmayacaq, eyni zamanda təhsil və ailə dəyərləri ilə assosiasiya yaradacaq və geniş auditoriya arasında yüksək görünürlük təmin edəcək, məhsul inteqrasiyası və reklam imkanları ilə brendinizi serialın hekayəsinə birbaşa daxil edəcək. Brendlərin bu serialda təqdimatı sayəsində şirkətlər təkcə reklam verməmiş olmayacaq, onlar birbaşa hədəf kütləsi ilə əlaqəyə girəcək, izləyicilərin gündəlik həyatına daxil olacaq və məhsul və xidmətlərini auditoriyanın diqqətinə çatdırmaq üçün unikal bir imkan qazanacaqlar. Serialın süjet xətti və qəhrəmanların hekayəsi izləyicilərin emosiyalarına toxunur, bu da brend mesajının təbii və təsirli şəkildə qəbul olunmasına şərait yaradır. Beləliklə, şirkətlər reklamın sırf görünürlükdən ibarət olmasını deyil, auditoriya ilə interaktiv, emosional və yadda qalan bir təcrübə yaratmağı təmin edəcəklər.

