Show

23 Yanvar

Adel Silvestr Stallonenin malikanəsini tamamilə yeniləyib

Məşhur müğənni Adel 2022-ci ildə aldığı Silvestr Stallonenin Beverli Hillsdəki malikanəsini demək olar ki, tamamilə söküb və yenidən tərtib edib.

Finss.az-ın “Daily Mail”ə istinadən xəbər verir ki, təkcə Stallonenin məşhur Rokki heykəli qorunub. Lakin hovuz təmizlənmədiyindən yosun bağlayıb.

Yeni dizaynda ev ağ və boz tonlarla bəzədilib, böyük pəncərələr əlavə olunub. Yenidənqurma işlərinin qiymətinin on milyonlarla dollar olması və təxminən beş il davam edəcəyi bildirilir.

Adel malikanəni 58 milyon dollara almış və bunun üçün kredit də götürmüşdü.