Amerikalı aktyor Eşton Kaçer “Gucci” brendində model işləyərkən bədən quruluşuna görə işdən çıxarıldığını açıqlayıb.
Finss.az xəbər verir ki, 47 yaşlı Eşton Kaçer “Entertainment Weekly” nəşrinə verdiyi müsahibədə xatirələrini bölüşüb. O bildirib ki, bir dəfə onu “Gucci”nin eksklüziv reklam kampaniyasında iştirak etməyə dəvət ediblər, seçim isə Tom Ford tərəfindən İtaliyada həyata keçirilib:
“Mənə çəhrayı çimərlik şortu geyindirdilər. Çəkim 80 kiloqram idi. Tom Ford dedi ki, ‘O, çox kökdür’ və məni işdən çıxardılar.”
Aktyor əlavə edib ki, 19 yaşında model kimi işə başlayanda artıq başa düşmüşdü ki, bu sahədə hətta hamı tərəfindən gözəl sayılan insanlar belə öz görünüşlərinə tam əmin deyillər.
