Məşhur Türkiyəli aktyor Halit Ergenç qida sektoruna daxil olaraq Londonda məmulatlar satan məkan açıb. Layihə iş adamı İzzet Hızlı ilə birgə həyata keçirilib və Türk mətbəxinə aid müxtəlif növ börəklər təqdim olunur.
Finss.az xəbər verir ki, məkan fəaliyyətə başladığı ilk ay ərzində təxminən 2 ton məhsul satıb. Hal-hazırda biznes Londonda iki fərqli nöqtədə fəaliyyət göstərir və layihə sahibləri yaxın gələcəkdə yeni filiallar açmağı planlaşdırırlar.
Halit Ergenç “Möhtəşəm Yüzil”, “Min bir gecə” və “Kral Kaybederse” kimi seriallarla tanınır. Onun qida biznesinə girişi mətbuat və sosial media izləyiciləri tərəfindən maraqla qarşılanıb.
