Show

09 Yanvar

Zendayanın mumdan heykəli London Madam Tüsso muzeyində nümayiş etdirilib

Aktrisa Zendayanın (Zendaya Koulman) mumdan heykəli hazırlanıb.

Finss.az xəbər verir ki, yeni mum fiqur Londonun Madam Tüsso muzeyində ziyarətçilərə təqdim olunub.

Məlumata görə, heykəl aktrisanın “Dyuna: İkinci hissə” filminin təqdimatı zamanı geyindiyi libasdan ilhamlanaraq hazırlanıb. Bildirilib ki, fiqurun geyimi və üslubu Zendayanın qırmızı xalça obrazını əks etdirir.

Qeyd edilib ki, bu mum fiqur Zendayanın Madam Tüsso muzeylərində nümayiş etdirilən 10-cu heykəlidir, bu isə onun qlobal populyarlığının və kino sənayesindəki uğurunun göstəricisi kimi qiymətləndirilir.