Finss.az xəbər verir ki, Walt Disney şirkətinin açıqladığı məlumata əsasən, məşhur rejissor Ceyms Kameronun yeni filmi “Avatar: Od və Kül” qlobal kinoteatr kassalarında 1 milyard dollardan artıq gəlir əldə edib.
Franşizanın üçüncü hissəsi ötən həftəsonu ABŞ və Kanada kinoteatrlarında 40 milyon dollar gəlir toplayaraq böyük uğura imza atıb. Beləliklə, film eyni dövrdə 19 milyon dollar gəlir əldə edən “Zootopia 2” filmini geridə qoyub.
Qeyd edək ki, “Avatar” franşizası dünya kinosunda ən çox gəlir gətirən layihələrdən biri olaraq mövqeyini qoruyur. Yeni filmin uğuru Walt Disney şirkətinin kino bazarındakı liderliyini bir daha təsdiqləyib.
