“Neon teatrı” “Qar Kraliçası” tamaşasını yeni vizual effektlər və modern səhnə dili ilə təqdim edib
Finss.az xəbər verir ki, 27 dekabr 2025-ci il tarixində “Neon teatrı” Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Qar Kraliçası” tamaşasını səhnələşdirib. Bu dəfə tamaşa zəngin vizual effektlər, yeni enerji və modern səhnə dili ilə izləyicilərə təqdim olunub.
Tamaşadan əvvəl teatr haqqında məlumat verilib. Bildirilib ki, teatrın təsisçiləri Həcər İsrafilova, Mustafa Mustafayev, Fərid Ələkərov, rejissoru isə Tural Mustafayevdir.
“Qar Kraliçası” bu səfər şəhid və qazi uşaqları üçün səhnələşdirilib, həmçinin tamaşanı bəzi məşhurlar övladları ilə birlikdə izləyiblər. Tamaşada güclü obrazlar, rənglərin nəfəs kəsən oyunu, işıq–kölgə harmoniyası və dinamik musiqi izləyicilərin böyük marağına səbəb olub.
Qeyd edək ki, tamaşa 28 dekabr (saat 13:00 və 15:00) və 29 dekabr (saat 15:00) tarixlərində də təqdim olunacaq.












