Yeni il mövsümü yaxınlaşır və bununla birlikdə ənənəvi "Gingerbread City" də geri qayıdır!
Finss.az xəbər verir ki, dekabrın 1-dən "Port Baku Mall"da açılan sərgi bu il Azərbaycan bayrağındakı aypara və səkkizguşəli ulduzdan ilhamlanıb və "Winter in Azerbaijan" adlandırılıb. Bayram əhval-ruhiyyəsini yaşamaq istəyirsinizsə, bu tədbiri qaçırmayın!
NARGIS Nəşriyyat evi mütəmadi olaraq ictimai həyatın müxtəlif sahələrini əhatə edən irimiqyaslı tədbirlər təşkil edir. Adətən bayram günlərində keçirilən bu sərgidə Bakı şəhərinin abidələri və Azərbaycan adət-ənənələrinə aid atributlar miniatür formada nümayiş etdirilir. Layihənin ideyası "NARGIS" jurnalının baş redaktoru Ülviyyə Mahmuda məxsusdur.
Sərgi Azərbaycanın peşəkar şirniyyatçıları və memarları tərəfindən hazırlanıb. Aypara və səkkizguşəli ulduz formasında dizayn edilmiş maketdə ölkəmizin rəmzləri və zəngin mədəni irsi əks olunub. Kompozisiyanın beynəlxalq səviyyədə də təqdim olunmasına xüsusi önəm verilir. Bu, mədəniyyətimizin xarici auditoriya arasında tanıdılmasına güclü təkan verəcək.
NARGIS komandası aşağıdakı qurum və şirkətlərə verdiyi dəstəyə görə minnətdarlığını bildirir:
"Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan Dəmir Yolları" QSC, "Azərpoçt" MMC, "Bakı Metropoliteni" QSC, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, "Wolt" çatdırılma şirkəti, MasterCard, "Push30" MMC, "Miniboss Business School", "Medsol" MMC, "Kidsberry", "Glodemia", "İTicket" MMC, "The Attack" kafesi və "a'Nanas" restoranı.
Sərginin keçirilməsi üçün məkan ayırdığına görə "Port Baku Mall" ticarət mərkəzinə xüsusi təşəkkürümüzü bildiririk.
Sərgi 2026-cı il yanvarın 15-dək davam edəcək. Giriş ödənişsizdir.
