Kəlbəcər rayonu ərazisində daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil olmayan, lakin tarixi, memarlıq və arxeoloji əhəmiyyətə malik 19 obyekt aşkar edilərək, qeydiyyata alınıb.
Finss.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, artıq həmin yeni aşkar edilmiş abidələrdən də 10-u cari ildə qanunvericiliyə uyğun olaraq, daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Qurumdan əlavə edilib ki, İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən antiterror tədbirlərindən sonra nəzarətə götürülmüş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 550 abidənin, eləcə də 402 tarixi, memarlıq və arxeoloji əlamət kəsb edən yeni aşkar edilmiş abidənin inventarlaşdırması həyata keçirilib.
Məlumat üçün bildirək ki, 2025-ci ildə işğaldan azad olunmuş ərazilərdə yerləşən 44 yeni aşkar edilmiş abidə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına əlavə edilib.
