Milli Mətbuatın 150 illik yubileyi münasibətilə paytaxtda təntənəli mərasim keçirilib.
Finss.az xəbər verir ki, ötən gün “Mətbuatın dostu” Müstəqil Milli Mükafatının təqdimat mərasimi “Simfonya Hall”da baş tutub. Tədbir “Mətbuat” firması tərəfindən təşkil olunub.
Yubiley tədbiri çərçivəsində ölkənin media sahəsində tanınmış 50-yə yaxın peşəkar jurnalist və ictimaiyyət nümayəndəsi diplom və hədiyyələrlə təltif olunub. Tədbirin baş sponsoru “İrşad” mağazalar şəbəkəsi olub. Eyni zamanda “Parla Akademiya”, “Simfonya Hall”, “Hind Hospital”, “İlğım”, “Züleyxa Parfum”, “Jalə”, “Badamlı” və “Milenium” brendləri layihəyə sponsorluq və təşkilati dəstək göstəriblər.
Mükafata layiq görülən şəxslər sırasında millət vəkili Hikmət Babaoğlu, əməkdar jurnalist Etibar Babayev, radio və televiziya simaları, o cümlədən jurnalistlər — Rüstəm Əliyev, İlhamiyyə Rzayeva, Rahib Azəri, Samirə Səfərəliyeva, Könül Həbibqızı, Səidə Bəkirqızı, Günel Gözəlova, Vüqar İmanov, Fuad Mədətov, Günel Şahmalıqızı Hacıbəy Heydərli, Famil Fərhadoğlu, Bünyamin Bünyadzadə, Peyman Sadiqov, Zəminə Rüstəmov, Tahirə Məmmədqızı və digər tanınmış şəxslər yer alıb.
Tədbirə xüsusi ovqat qatan sənətçilər də unudulmayıb. Xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artist Fərqanə Qasımova və muğam ifaçısı İlkin Dövlətov “Mətbuatın dostu” mükafatına layiq görülüblər.
Mərasimin aparıcıları təcrübəli televiziya simaları Sədaqət Rəşidqızı və Zabir Əliyev olublar.
























