Show

23 Yanvar

Moldova "Eurovision Mahnı Müsabiqəsi"ndə iştirakdan imtina edib

Moldova 2025-ci ildə keçiriləcək "Eurovision Mahnı Müsabiqəsi"ndə iştirakdan imtina edib.

Finss.az-ın məlumatına görə, Moldovanın TRM telekanalı bu qərarı açıqlayıb. Qərar, mövcud vəziyyət, iqtisadi, inzibati və bədii problemlərin təhlilindən sonra qəbul edilib.

Müsabiqə 2025-ci ildə İsveçrənin Bazel şəhərində keçiriləcək. Yarışmanın birinci və ikinci yarımfinalları 13-15 may tarixlərində, final isə 17 mayda baş tutacaq. Gələn il mahnı müsabiqəsi yeni qaydalarla keçiriləcək.

Qeyd edək ki, 2024-cü ildə keçirilən yarışmanın qalibi İsveçrə təmsilçisi Nemo olub və "The Code" mahnısı ilə birinci yeri qazandı.