Türkiyəli aktyor Murad Yıldırım və fransız aktrisa Eva Qrin yeni beynəlxalq layihədə tərəf müqabili olacaqlar.
Finss.az xəbər verir ki, film İstanbulda çəkiləcək və baş rolları ifa edən aktyorlar dünya kinosunun məşhur simalarındandır.
Layihənin rejissoru tanınmış İran kino xadimi Bahman Qhobadi olacaq. Filmin prodüserliyini isə məşhur rejissor və prodüser Martin Skoresese həyata keçirəcək.
Bu, Murad Yıldırımın beynəlxalq səhnədə daha geniş tanınmasına töhfə verəcək prestijli bir layihə hesab edilir. Filmin detalları və çəkiliş tarixi ilə bağlı əlavə məlumatlar yaxın günlərdə açıqlanması gözlənilir.