BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri, britaniyalı aktyor Teo Ceyms BMT Müxbirlər Assosiasiyasının təşkil etdiyi mükafatlandırma gecəsində Azərbaycana səfər təəssüratlarını bölüşüb.
Finss.az xəbər verir ki, Teo Ceyms gecədə çıxışı zamanı Azərbaycanın bu il ev sahibliyi etdiyi COP29 iqlim konfransında iştirak etdiyini və Bakıda iqlim dəyişikliyi ilə mübarizə mövzusunda vacib görüşlər keçirdiyini vurğulayıb.
Aktyor əməkdaşımıza açıqlamasında Azərbaycanda səmərəli və xoş vaxt keçirdiyini bildirərək Azərbaycan xalqına sevgilərini çatdırıb.
Qeyd edək ki, Teo Ceyms həmin gecədə "İlin Qlobal Vətəndaşı" mükafatı ilə təltif olunub.