46 yaşlı aktrisa parlaq vurğularla seçilən geyimdə səhnəyə çıxdı.
Finss.az-ın məlumatına görə, Zoe Saldana Los-Ancelesdəki Misir Teatrında rol aldığı "Emiliya Peres" filminin premyerasında iştirak etdi. Qırmızı xalçada aktrisa, Saint Laurent brendinin 2018-ci ilin yaz kolleksiyasına aid olan gecə libasında göründü. Bu libas, qara məxmərdən hazırlanmış maxi ətək və onun çiyinlərini və belini açıq buraxan, fuksya rəngli geniş üst hissədən ibarət idi.