Show

18 Oktyabr

13 yaşlı Harper Bekhemin fərqli geyimi

Futbolçu Devid Bekhem və dizayner Viktoriya Bekhemin qızı Harper "çılpaq" effektli paltarda görüntülənib.

Finss xəbər verir ki, Viktoriya və Harper Anastasia Beverly Hills kosmetik brendinin tədbirində iştirak ediblər. 13 yaşlı Harper bədən formasını imitasiya edən dar çəhrayı maksi paltar və ağ sandallarla poz verib. Viktoriya isə dərin dekolteli, ağ krujeva ilə bəzədilmiş qara paltarda və hündürdaban ayaqqabılarda görünüb.

Viktoriya və Devid Bekhem 1997-ci ildən evlidir və onların dörd övladı var: oğulları Bruklin, Kruz, Romeo və qızları Harper.