"Miss Universe Türkiye 2024" gözəllik yarışmasının qalibi 20 yaşlı Ayliz Duman olub.
Finss xəbər verir ki, alman əsilli Ayliz, Meksikanın paytaxtı Mexiko şəhərində keçiriləcək “Kainat Gözəli 2024” müsabiqəsində Türkiyəni təmsil edəcək. 1.75 metr boyu olan Ayliz, ingilis və alman dillərini bilməkdədir və hazırda universitetə hazırlaşır.
Müsabiqədə İlayda Anık 2-ci, Sude Alkan 3-cü, Ezgi Yalçın 4-cü və Menekşe Aras 5-ci yeri tutub.
Sosial media izləyiciləri Aylizi "Miss Türkiyə 2024"ün qalibi olan İdil Bilgenlə müqayisə edərək, bu seçimin daha uğurlu olduğunu qeyd ediblər. Aylizin gözəlliyi və talentləri, gözəllik yarışmalarına olan marağı artırıb və onun gələcəkdə daha da parlayacağına dair ümidlər var.