Amerikalı məşhur müğənni Olivia Rodrigo Avstraliyada konsert zamanı maraqlı bir hadisə ilə yadda qaldı.
Finss xəbər verir ki, Melburndakı çıxışı zamanı o, səhnənin bir tərəfindən digər tərəfinə qaçarkən açıq qapağı görməyərək onun içinə yıxıldı. Xoşbəxtlikdən, müğənni qapağın kənarlarından tutaraq tez bir zamanda çıxmağı bacardı. Hadisə onu narahat etmədi, əksinə, Olivia zarafatla bunun əyləncəli olduğunu bildirdi və konsertini davam etdirdi.