"Avromed Company" QSC Daxili audit üzrə kiçik mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Təsvir:
- Audit planı əsasında daxili audit yoxlamalarının həyata keçirilməsi;
- Audit prosedurlarının həyata keçirilməsi (biznes proseslərin sahibləri ilə müsahibələrin keçirilməsi, audit obyektindən məlumatın toplanılması və təhlil edilməsi);
- Risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə prosedurların effektivliyinin yoxlanılması;
- Daxili nəzarət mühitinin qiymətləndirilməsinə aid tapşırıqların yerinə yetirilməsi;
- Korporativ idarəetmənin və daxili nəzarət mühitinin qiymətləndirilməsilə bağlı testlərin aparılması və tapşırıqların yerinə yetirilməsi;
- Şirkətdə risk idarə edilməsinin inkişafına aid təkliflərin irəli sürülməsi, o cümlədən risk təhlillərinin aparılması qaydasına rəy bildirilməsi.
Tələblər:
- Təhsil: İqtisadiyyat üzrə;
- Daxili audit, risklərin idarə edilməsi, daxili nəzarət, maliyyə, mühasibatlıq, audit və ya əlaqəli sahələrdə ən azı 1 il iş təcrübəsi;
- ACCA (Minimum ACCA F3) kimi beynəlxalq sertifikatlardan hər hansı birinə sahib olmalı;
- Dil bilikləri: İngilis və Rus dilinə üstünlük verilir;
- Microsoft Office (Excel, Word) proqramlarında sərbəst/mükəmməl işləmək bacarığı;
- Mühasibatlıq 1C və Power BI proqramında işləmək bacarığı üstünlükdür;
- Komandada işləmə, stressə dayanıqlı və problem həll etmə bacarığına malik olan.
Müraciət üçün LİNKƏ daxil olun.