Azərbaycan Respublikası dövlət qurumu Əməyin mühafizəsi üzrə böyük mühəndis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə öhdəlikləri:
- Əmək şəraitininin təhlükəsizliyi və əməyin mühafizəsini yoxlamaq və təmin etmək;
- Əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ aktlar üzrə müəyyən edilmiş nöqsanların aradan qaldırılmasını təmin etmək;
- Aylıq inspeksiyaların hər ay müəyyən olunmuş müddətdən gec olmayaraq struktur qurumlar tərəfindən aparılaraq departamentə təqdim edilməsinə nəzarət etmək;
- Baş vermiş bədbəxt hadisələrin müəyyən olunmuş qaydada qeydiyyata alınmasını, tədbirlər planı və hesabatların tərtib edilməsinə nəzarət etmək;
- İşçilərin istifadə etdiyi xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi və kollektiv mühafizə vasitələrinin istifadəsi qaydalarına nəzarət etmək;
- Azərbaycan Respublikasının “Texniki təhlükəsizlik haqqında” qanunun və müddəalarının icrası ilə əlaqədar əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi tələblərinə riayət olunması və yerinə yetirilməsinə nəzarət etmək;
- Əməyin təhlükəsizliyi ilə bağlı ortaya çıxan məsələlərin aradan qaldırılmasında tövsiyyələr vermək;
- İşçilərin əməyin mühafizəsi üzrə təlimatlandırılmasını, biliklərinin yoxlanılmasını və əməyin mühafizəsi üzrə qaydalara, normalara və təlimatlara riayət etmələrini struktur və müəssisə rəhbərindən tələb etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Təhsil: Ali (müvafiq sahə üzrə);
- İş təcrübəsi: Müvafiq sahə üzrə 3 il;
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi ilə bağlı biliklər;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
- Sənədləşdirmə və hesabatların tərtib edilməsi ilə bağlı biliklər;
- Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu;
- Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu;
- Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkilinə dair biliklər;
- Peşəkar ehtiyatlılıq;
- Planlaşdırma bacarığı;
- Risklərin idarə edilməsi bacarığı;
- Diqqətlilik və dəqiqlik;
- Kompüter biliyi: MS Office.
Əlavə məlumatlar:
- 5 günlük iş qrafiki (09:00-18:00).
- Müsbət və səmərəli iş mühiti;
- Nahar xərcinin qarşılanması.
Qeyd olunan tələblərə uyğun namizədlərin CV formalarını mövzu yerinə “Əməyin mühafizəsi
üzrə böyük mühəndis” yazaraq [email protected] elektron poçt ünvanına 30 Avqust
2024-cü il tarixinə kimi göndərmələri xahiş olunur.
Yalnız uyğun namizədlər ilə əlaqə saxlanacaqdır!