“PAŞA Sığorta” ASC Korporativ sığorta şöbəsinin rəhbəri vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR
- Şirkətdə bütün növ sığorta məhsulları və xidmətləri üzrə mövcud müştəri bazasının genişləndirilməsi və satışın həcminin artması üçün korporativ sığorta şöbəsinin əməkdaşlarının fəaliyyətinə nəzarət edilməsi, onların işinin əlaqələndirilməsi;
- Nəzarət etdiyi bazar seqmenti üzrə Korporativ Satış departamentinin Rəhbəri ilə birlikdə, satış siyasətini müəyyənləşdirilməsi;
- Korporativ Sığorta şöbəsinin əməkdaşları üçün müvafiq iş bölgüsünün və istiqamətləndirmənin həyata keçirilməsi;
- Korporativ Sığorta şöbəsində aparılan tender və layihələrin irəliləməsində iştirak və Korporativ Satış Departamentinin rəhbərinə yardım göstərilməsi;
- Mövcud korporativ müştərilər ilə əlaqələrin qorunması və təkmilləşdirilməsini, həmçinin potensial müştərilər üzrə şirkətin xidmət və məhsullarının satılmasının təmin edilməsi;
- Korporativ satış istiqaməti üzrə şirkətə müraciət edən müştəriləri yüksək keyfiyyətli məlumatla təmin edilməsinə nəzarət;
- Vaxtlı-vaxtında sorğuların cavablarının Anderraytinq şöbəsinə daxil olmasını, sığorta müqavilələrinin və sığorta şəhadətnamələrinin alınmasının təmin edilməsi;
- Tələb olunan müddətdə müştərilərə sığorta müqavilələrinin təqdim edilməsi və onları sığorta müqavilələrinin şərtləri üzrə əhatəli izahatların verilməsinə nəzarət;
- Mütəamadi olaraq müştəri bazası üzrə məlumatları təhlil edərək qiymətləndirilməsi;
- Bütün növ sığorta məhsullarının cari satışı və görülmüş işlərin vəziyyəti üzrə Satış departamentinin rəhbərinə gündəlik hesabatların təqdim olunması, korporativ satışlar üzrə aylıq təhlilin nəticələrinin təqdim edilməsi;
- Korporativ satış istiqaməti üzrə satış büdcəsinin hazırlanması
- Rüblük qaydada tabeliyində olan işçilərin fəaliyyəti üzrə analitikanın hazırlanması və müvafiq tədbirlər planının Korporativ Satış departamentinin Rəhbərinə təqdim edilməsi
- Rəqiblər/bazar üzrə analitikanın aparılması və müvafiq tədbirlər planının Korporativ Satış departamentinin Rəhbərinə təqdim edilməsi
BİLİKLƏR
- Biznes, iqtisadiyyat və ya marketinq sahəsində ali təhsil
- Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərində sərbəst danışmaq və yazmaq bacarığı
- Microsoft Office (Outlook, Word, Excel, Powerpoint və s.) bilikləri
TƏCRÜBƏ
- Satış sahəsində sığorta istiqaməti üzrə azı 4-5 il iş təcrübəsinin olması
- Rəhbər funksiyası olaraq təcrübənin olması üstünlükdür
- CII sertifikatının olması üstünlükdür
BACARIQLAR
- Təşəbbüskarlıq
- Ünsiyyət qurmaq bacarığı
- Dəqiqlik
- Yaranmış vəziyyətlərə çevik reaksiya vermək
- Problemli vəziyyəti həll etmək
- Komandada işləmək
Son müraciət tarixi: 30 sentyabr 2024
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi email ünvanına ([email protected]) göndərin.