İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) öz peşəkarlığına güvənən, bərabər imkanlar mühitində karyera irəliləyişinə can atan, ən əsası isə Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların daha da genişləndirilməsi və onların müntəzəmliyinin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə, yeni konseptual yanaşmaların tətbiqi, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadə edilməsi istiqamətində ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək istəyən, strateji baxış və analitik təhlil keyfiyyətləri olan hər kəsə bu fürsəti dəyərləndirmək imkanı yaradır.
İİTKM "İnnovasiya şöbəsi, şöbə müdiri" vəzifəsinə vakansiya elan edir.
Finss.az qurumun vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin informasiya texnologiyaları şöbəsinin işinin təşkili və idarə olunması;
- Yazılacaq proqram təminatlarına dair layihələrdə iştirak və idarəetmə
- Şirkətin informasiya sisteminə və onun fəaliyyətinə aid layihə sənədlərinin, texniki tapşırıqların və xərclər smetasının hazırlanması;
- Şirkətin informasiya sisteminin lazımi səmərəliliyinin əldə olunmasına nəzarət edilməsi;
- Tabeliyindəki işçilərin iş hədəflərinin təyin edilməsi;
- Avadanlıqlardan təyinatı üzrə istifadə olunmasına nəzarət etmək.
Tələblər:
- Müvafiq sahədə idarəetmə iş təcrübəsi: min. 3 il
- Python, Ruby və Ruby on Rails ilə güclü təcrübə;
- JavaScript və TypeScript ilə möhkəm fon;
- React Native ilə mobil tətbiqetmə təcrübəsi;
- PostgreSQL, MS SQL verilənlər bazası idarəçiliyində təcrübə;
- Docker və konteyner əsaslı proqramlar üzrə biliklər;
- AWS istifadə təcrübəsi;
- RESTful API dizayn və inkişafında təcrübə;
- Google Cloud, Azure və s. işləmək bacarığı;
- CI/CD Agile Scrum təcrübəsi;
- Analitik düşünməli və yaranan problemləri vaxtında aradan qaldırmalı;
- Verilən tapşırığa adaptasiya olmalı və sərbəst araşdırmalı;
- İşində dəqiq və məsuliyyətli olmalıdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV faylını ad və soyadla adlandırmaqla 2024-cü il 26 avqust tarixinədək vacancy@ereforms.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Elektron məktubun mövzu hissəsində müraciətin məqsədinin (vakansiyanın adı) qeyd edilməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Fuad Mədətov
Finss.az