OBA marketlər şəbəkəsi Anbar uçotu üzrə kiçik mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Öhdəliklər:
- Anbar uçotu üzrə məlumatların müvafiq proqram təminatında qeydlərinin aparılması;
- Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq;
- Anbar neqativlərinin araşdırılması, stokda neqativ yaradan sənədin aşkar olunması ve neqativ stokun aradan qaldırılmasını icra etmək
- Anbara verilən sorğuları vaxtında cavablandırmaq;
Tələblər:
- Təhsil səviyyəsi: Ali;
- İş təcrübəsi: müvafiq sahə üzrə minimum1 il;
- Kompüter bilikləri: MS Office proqramları (Word, Excel -Yaxşı səviyyədə);
- Məsuliyyətlilik, operativlik, stressə dözümlülük
- İş yeri: Zabratda yerləşir
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
İş qrafiki:
- İş saatları: Həftə içi 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Anbar uçotu üzrə kiçik mütəxəssis" yazaraq elektron poçta ([email protected]) göndərmələri xahiş olunur.