Show

17 İyul

Mağaza müdiri - VAKANSİYA

"Shazeli Group" Mağaza müdiri vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Tələblər:

  • Satış sahəsində minimum 3 il iş təcrübəsi olmalı;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları olmalı;
  • Problemləri effektiv şəkildə həll etməli;
  • Müştərilərlə xidmət qaydalarını və metodlarını, satış psixologiyasını və prinsiplərini bilməli;
  • İdarəetmə və təşkilatçılıq bacarıqlarına sahib olmalı.

Vəzifə öhdəlikləri:

  • Mağazada kifayət qədər miqdarda çeşidin olmasına nəzarət etmək və lazım gələrsə onu doldurmaq;
  • Alqı-satqı zamanı alıcılara məsləhət vermək;
  • Mağaza tərəfindən məhsulların qəbulunda iştirak etmək;
  • Məhsulların qiymət etiketlərinə və saxlama müddətinə nəzarət etmək;
  • Mağazada məhsulların yerləşdirilməsi və onlara nəzarət etmək;
  • Mağaza üzrə satış hesabatlarını, gündəlik, həftəlik və aylıq olaraq hazırlamaq və təqdim etmək;
  • Mağazanın satış həcmini və işçilərin xidmət keyfiyyətini artırmaq üçün lazımi işləri yerinə yetirmək;
  • Gündəlik olaraq satışa nəzarət etmək və satış üzrə qoyulan hədəflərə çatmaq üçün müvafiq tədbirlər görmək;
  • Mağazadakı satış komandasının istiqamətləndirilməsi və idarə olunması üzrə gündəlik toplantılar keçirmək və onlara tapşırıqlar vermək;
  • Satış hədəflərini komanda üzvləri arasında bölüşdürmək və icrasını təmin etmək;
  • Sənədləşmə işinin aparılması, müvafiq qaydada cari əməliyyatların, hesabatların, sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək.

İş şəraiti:

  • İş günləri: 6 günlük iş qrafiki, 1 gün istirahət (növbəli qrafik);
  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
  • Karyera yüksəlişi imkanı;
  • Əmək haqqı: 600 - 1500Azn

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi "subject" (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını "Mağaza Müdiri" qeyd etməklə e-mail ünvanımıza ([email protected]) göndərməyiniz xahiş olunur.