Show

12 İyul

Mağaza müdiri - VAKANSİYA

"Nurgun Holding" vəzifəsinə Mağaza müdiri vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

İş barədə:

  • Mağazanın sıravi və digər personalı (şöbə müdiri, satıcı, kassir, təmizlik və park xidməti; mühafizə xidməti və s.) üzərində operativ rəhbərliyi və idarəetməni həyata keçirmək; 
  • Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək; 
  • Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək; 
  • Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək; 
  • Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək; 
  • Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək;
  • Marketə lazım olan malların sifarişinin formalaşdırmasına nəzarət etmək; 
  • Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək. 

Tələblər:

  • Ali təhsil;
  • Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.)olmalı; 
  • İşgüzar davranış etikasını; 
  • Satılan məhsulun assortimentini və satış qiymətlərini; 
  • Satış texnikası və prinsiplərini; 
  • Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını; 
  • Sanitariya, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməlidir;
  • Kompüter bilikləri (MS Office);
  • Pərakəndə sektorunda 2 il iş təcrübəsi.

Digər məlumatlar:

  • iş saatları: 09:00-dan 18:00-dək;
  • 6 günlük iş qrafiki;

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "Mağaza müdiri" yazmaqla email ünvanına ([email protected]) göndərə bilərlər.