Show

11 İyul

Plan və smeta üzrə mühəndis - VAKANSİYA

Azman Holding Plan və smeta üzrə mühəndis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

İş barədə məlumatlar: 

  • 5 günlük iş qrafiki (10:00-19:00);
  • Nahar şirkət tərəfindən qarşılanır;
  • Əmək haqqı: 1000-1200 AZN (müsahibə əsasında müəyyənləşəcək).

Tələblər:

  • Ali təhsil (mülki tikinti, inşaat mühəndisliyi və texnologiya);
  • Tikinti sahəsi üzrə 3 ildən yuxarı iş təcrübəsi;
  • Tikinti və təmir işləri üzrə iş həcmlərinin çıxarılması və smetaların hazırlanması;
  • Layihəyə dair texniki hesabatları tərtib etmək (Forma 2, Forma 3, xərc analizi) və hesabatlarla (material, texniki, aktlar) işləməyi bacarığı;
  • Layihənin təhvil verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsi;
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
  • Komputer bilikləri: (MS Word, MS Excel, MS Outlook);  
  • Dil bilikləri: Rus və ingilis (arzuolunandır);

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi 4 C.

Maraqlananlar CV-lərini mövzu hissəsində “Plan və smeta üzrə mühəndis” qeyd edərək elektron ünvanına ([email protected]) göndərə bilər.