Show

11 İyul

İnteryer-dizayner - VAKANSİYA

Nur Collection MMC İnteryer-dizayner vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Tələblər:

  • Memarlıq, sahə planlaması, interyer dizaynı və ya əlaqəli sahələrdə peşəkar təcrübə;
  • Güclü 3D modelləşdirmə və vizualizasiya bacarıqları;
  • İnkişaf olunmuş vizual qavrayış və detallara diqqətli yanaşma;
  • Quraşdırma materialları, işıqlandırma və mebel tərtibatı haqqında yüksək biliklər;
  • Texniki bacarıq və problem həll etmə qabiliyyəti;
  • Mebel və tamamlama materiallarının spesifikasiyasının işlənib hazırlanması bacarığı;
  • Ünsiyyətçillik, təşkilatçılıq və vaxtın idarə olunması vərdişləri;
  • Fərdi və ya komanda tərkibində işləmək, eləcə də çarpaz funksional şöbələrlə sıx əməkdaşlıq bacarığı.

Vəzifə öhdəlikləri:

  • Dəqiq, olduğu kimi memarlıq ölçülərini hazırlamaq;
  • Plan məlumatlarının düzgünlüyünə görə eskizləri çəkmək
  • Təhlükəsizlik, funksionallıq, ərazinin səmərəliliyi və estetikasını nəzərə alaraq interyer layihələrini yaratmaq;
  • Sahələrin mexanika, elektrika və santexnika sistemləri nəzərə alınmaqla ətraflı layihə çertyojlarını (Mərtəbə Planları, Yüksəkliklər, tavan, döşəmə və s.) hazırlamaq;
  • Layihənin həcminə və büdcəsinə uyğun olan ən optimal dizayn variantlarını, materialları və avadanlıqları müəyyən etmək;
  • Tələb olunan çertyojlar, spesifikasiyalar və layihə ilə bağlı məlumatların hazırlanması;
  • Mebel, işıqlandırma, son tamamlama materiallarının və s. detallı spesifikasiyalarının hazırlanması;
  • Layihənin başlanğıcdan son mərhələsinə qədər memarlıq/interyer hissəsinə nəzarət etmək;
  • İşlərin layihə tələblərinə uyğun aparılmasını təmin etmək üçün əmlakların iş sahələri ziyarət etmək;
  • Tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək üçün layihə qrafiklərini izləmək;
  • Dizayn konsepsiyaları və variantları əlaqələndirmək üçün komanda görüşlərində iştirak etmək;
  • Layihəyə və ya konsepsiyaya əsaslanaraq 3D visual görünüşlərin hazırlanması;
  • Rəhbərliyə mütəmadi olaraq layihə statusu haqqında yeniliklər təqdim etmək;

İş haqqında məlumat:

  • İş yeri: Bakı şəhəri Masazır dariəsinin girişi
  • İş rejimi:Həftə içi 5 tam iş günü saat 09:00-18:00 (6-cı gün qısaldılmış iş günü 09:00-14:00)
  • Nahar şirkət tərəfindən verilir.
  • Əmək məcəlləsinə uyğun rəsmi qeydiyyat
  • Əmək haqqı müsahibə əsasında

Əlaqə: [email protected]