Caspian Engineering Solutions MMC Maliyyə meneceri vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə öhdəlikləri:
- MS Office proqramları xüsusilə Excel,həmçinin 1C proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Şirkətin maliyyə uçotu və hesabatlarının tərtib ediiməsi;
- Şirkət direktoruna və üçüncü şəxslərə (direktorlar şurasına,investorlara,kreditorlara) idarəetmə hesabatlarının hesablanması;
- Debitor və kreditor hesabatlarına nəzarət;
- Cari əməliyyat fəaliyyəti üzrə büdcənin və proqnozların,o cümlədən pul vəsaitlərinin qısamüddətli hərəkət proqnozlarının tərtibi;
- Maliyyə analizi məlumatlarının dəqiqliyinin təmini,onların niormativ və büdcə göstəricilərdən ayrılmalarının izahı,həmçinin şirkət rəhbərliyinin əhəmiyyətli kənar çıxmalar barədə vaxtında məlumatlandırmaq;
- Şirkətin faktiki gəlirlərinin yoxlanılması,əsas kənarçıxmaların səbəbinin müəyyənləşdirilməsi;
- Maliyyə şöbəsinin fəaliyyətinin koordinasiya edilməsi və maliyyə şöbəsi əməkdaşlarının fəaliyyətinə nəzarət;
- Hesabatların vaxtında dövlət orqanlarına çatdırılmasına nəzarət;
- Şirkətin fəaliyyət xərclərinin analizi və xərclərin azaldılması yollarını aramaq və effektivliyin yaxşılaşdırılması;
- Maliyyəşləşdirmə tələbatının müəyyən edilməsi məqsədilə pul vəsaiti axınının hərəkətinin proqnozlaşdırılması.
Namizədə tələblər:
- Müvafiq sahədə ən azı 3 il peşəkar iş təcrübəsi
- Ali təhsil ( iqtisadi və ya texniki)
- MS Office proqramları ilə işləmək bacarığı, xüsusilə Excel
- 1C proqramında yüksək səviyyədə işləmək bacarığı
İş şəraiti:
- Həftənin 5 günü, saat 09:00-18:00
- Əmək haqqı namizədin bilik və bacarıqlarına görə təyin ediləcək
- Nahar şirkət tərəfindən qarşılanır.
Uyğun namizədlərin CV-lərini “Maliyyə meneceri” mövzusu ilə email ünvanına ([email protected]) göndərməkləri xahiş olunur.