AzProduct MMC Elektron ticarət və rəqəmsal marketinq mütəxəssisi (xanım) vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Tələblər:
- Ali təhsil,
- Elektron ticarət saytı və məhsulların idarə edilməsi sahəsində minimum 1 il iş təcrübəsi
- Elektron ticarət idarəetmə panelləri, məhsul, stok, kampaniyanın idarə edilməsi,
- Elektron ticarət sektorundakı yenilikləri və inkişafları yaxından izləməli,
- Sistemli işləyə bilən, planlaşdırma, təşkilatçılıq və hesabat vermə bacarıqlarına malik olmalı.
- Rus və ingilis dillərini mükəmməl bilməlidir.
İşin təsviri:
- Elektron ticarət saytının məzmun idarəçiliyi və iş proseslərinin icrası, aktuallaşdırılması və lazımi optimallaşdırmaların təmin edilməsi,
- Vebsaytda rast gəlinən səhvləri tapmaq və onların həlli üzərində işləmək,
- Həftəlik Poçt, Push, sosial şəbəkə paylaşımı,
- Facebook, Instagram və Google platformalarında reklam büdcələrinin müəyyən edilməsi və reklam kampaniyalarının dizaynı və nəzarəti,
- Planlaşdırılan kampaniyaların vizual və məhsul araşdırmalarının əlaqələndirilməsi, sınaqdan keçirilməsi və internet saytında dərc edilməsi, nəzarət, monitorinq və hesabatların verilməsi,
- Markanın rəqəmsal marketinq fəaliyyətlərində rəqəmsal agentliklə əlaqənin təmin edilməsi,
- Trafik, dönüşüm nisbətləri və e-ticarət səhifələrinin onlayn satış orta səbət dəyərini artırmaq üçün strategiya və kampaniyaların hazırlanması, həyata keçirilməsi və optimallaşdırılması
- Axtarış motorunun optimallaşdırılması (SEO) və axtarış motoru marketinqi (SEO) fəaliyyətlərinin idarə olunması,
- Müştəri tələb və şikayətlərinə cavab prosesinin effektiv idarə olunması namizədlərdən gözlənilən vəzifə təlimatları arasındadır.
Əlaqə: [email protected]