Show

08 İyul

Marketinq və kommunikasiyalar şöbəsinin müdiri - VAKANSİYA

Unibank KB ASC-yə məxsus olan Unicapital İnvestisiya Şirkəti Marketinq və kommunikasiyalar şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin Marketinq strategiyasının hazırlanması və strategiyanın tətbiqi üçün lazımi tədbirlərin planlaşdırılması və icrasını təmin etmək.
  • Bazar araşdırmaları, rəqiblərin məhsul və satış təhlili.
  • Əməkdaşlıq üçün reklam şirkətlərinin və qiymətlərinin araşdırılması.
  • Reklam və marketinq məhsullarının hazırlanması.
  • Media, reklam və marketinq agentlikləri ilə sıx əməkdaşlıq.
  • Cəmiyyəti müxtəlif tədbirlərdə təmsil edilməsi.. 
  • Rəhbərlik etdiyi şöbədə iş bölgüsünü təmin etmək.
  • Marketinq strategiyasının planlaşdırılması və icrasına nəzarət edilməsi;
  • Rəqəmsal, Reklam, Kommunikasiya və kreativ istiqamət daxil olmaqla, bütün Marketinq komandası üçün marketinq strategiyaları və planlarının hazırlanması;
  • Marketinq şöbəsi üçün aylıq, rüblük və illik büdcələrin hazırlanması və idarə edilməsi;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılmasında iştirak etmək;
  • Marketinq şöbəsi üzrə işləri təşkil və idarə etmək;
  • Komandanın məqsədlərini təyin etmək, monitorinq etmək və hesabat vermək;
  • Marketinq səylərini planlaşdırmaq, istiqamətləndirmək və koordinasiya etmək;
  • Məhsul və xidmətlərə aid tələbatın araşdırılması;
  • Bazar araşdırmasına və tələblərə əsasən mövcud məhsulların inkişaf etdirilməsi üçün təkliflərin verilməsi;
  • Yeni məhsulların bazara çıxarılmasını təmin etmək;
  • Brend mesajımızın bütün kanallarda və marketinq səylərində (tədbirlər, e-poçt kampaniyaları, veb səhifələr və tanıtım materialları kimi) güclü və ardıcıl olmasını təmin etmək;
  • Məhsulun hədəf kütləsinə uyğun reklam kampaniyalarının hazırlanması;
  • Marketinq kommunikasiya tədbirlərini idarə etmək;
  • Marketinq xərclərinin analizi və təkmilləşdirilməsi;
  • İstehlakçı davranışının təhlili və müştəri şəxsiyyətlərinin müəyyən edilməsi;
  • Marketinq layihələrini əvvəldən sona qədər əlaqələndirmək;
  • Cəmiyyətin məqsədlərinin rüblük və illik planlaşdırılmasında iştirak etmək;
  • Marketinq strategiyasını işləyib hazırlanmasında yaxından iştirak edir və müvafiq təsdiqdən sonra onun yerinə yetirilməsinə nəzarət edir;
  • Məhsul və xidmətlərə aid tələbatın araşdırılması;

Tələblər:

  • Ali təhsil (Biznes, marketinq, kommunikasiya və ya əlaqəli sahə üzrə);
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;
  • Azərbaycan dili – səlis, ingilis dili – əla, rus dili – arzu olunan;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Yaradıcı, innovativ və strateji düşünmə bacarığı;
  • Liderlik bacarıqları.

Əlaqə: [email protected]